“Neftçi“ qələbə qazandı

2 Noyabr 2015 21:04 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Uğur Pamuk hesabı açıb.

Lakin paytaxt təmsilçisi ikinci hissədə toparlana bilib. Əvvəlcə 72-ci dəqiqədə Fəhmin Muradbəyli hesaba tarazlıq gətirib. 5 dəqiqə sonra Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2.

Beləliklə, son vaxtlar uğursuz çıxış edən "Neftçi" vacib qələbə qazanıb.