Rusiya təyyarəsinin qəzaya düşdüyü ərazidə yeni cəsədlər tapılıb

2 Noyabr 2015 22:36 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN əməliyyat qrupunun rəhbəri Aleksandr Aqafonov bildirib.

Onun sözlərinə görə, təyyarənin qalıqları böyük ərazini əhatə edir, bu da onun səmada parçalanmasını təsdiqləyir.

Davam edən axtarışlarda Rusiya FHN-in 80-dək əməkdaşı iştirak edir.

Bundan əvvəl qəza nəticəsində ölən 224 nəfərdən 171 nəfərin cəsədinin tapıldığı bildirilib.