“Aynişan məni ağlatdı” – Aybəniz Haşımova
3 Noyabr 2015 13:25 (UTC+04:00)
Bunu AzNews.az–a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova qızının yarışmadakı çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, övladının belə bir yarışmada iştirakı qürurvericidir: "Biz hər birimiz Azərbaycan adına uğurlu imzalar atmalıyıq. Aynişan bu müsabiqəyə öz istəyi ilə qatılıb. Təhsil aldığı universitetdən də ona yarışa qatılması ilə bağlı məsləhət verilib. O da həvəslənib, qərar verib".
A.Haşımova deyib ki, müsabiqədə ən böyük nailiyyət münsiflərin dönməsi idi: "Münsiflər dönməyə də bilərdi. Özlərindən asılı idi. Ən böyük naliyyət bu idi. Qaldı ki, Aynişanın o müsabiqədə yer tutmasına, buna kimsə proqnoz verə bilməz".
Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə yayımlanan "O səs Türkiyə" yarışmasına qatılıb. O, yarışdakı iştirakını Murat Bozun komandasında davam etdirəcək.
Bahar RÜSTƏMLİ
AzNews.az