Beyləqanda evə hücum oldu - Ölən və yaralanan var

3 Noyabr 2015 15:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Beyləqan şəhərində yaşayan Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və həyat yoldaşı Səbahətə küt alətlə xəsarət yetirib, sonra isə hadisə yerini tərk edib.

Səbahət Quliyeva hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.