22 yaşlı hamilə qadın özünü asdı - ​Ağdamda

3 Noyabr 2015 20:13 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Baharlə qəsəbəsindəki ev 215-də qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Günay Abbasəli qızı Məmmədova özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

G.Məmmədovanın 4 və 1.6 yaşlarında iki qız övladı var idi. Onun hamilə olduğu bildirilir.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.