Putin MDB-nin sammitini dekabrda keçirəcək

27 Oktyabr 2012 08:12 (UTC+04:00)
Xarici səfərlərini təxirə salan Putin MDB sammitini keçirməyə hazırlaşır. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, noyabrda keçirilməli olan sammit dekabra keçirilib.

Türkmənistanda təşkil olunacaq sammitin dekabrda keçirilməsi Putinin səhhəti ilə əlaqələndirilir. Türkmənistanda isə sammitlə bağlı ciddi hazırlıqların getdiyi bildirilir.

Ekspertlər isə, Putinin Hindistan, Pakistan və Türkiyə səfərlərini təxirə salmasını sırf sammitlə əlaqələndirirlər və hesab edirlər ki, Rusiya rəhbərliyi MDB zirvə toplantısına xüsusi önəm verir. Röyters xəbər agentliyi isə bildirir ki, prezident Putinin səhhətində problem var və o, cərrahiyyə əməliyyatına girə bilər.


Sadiq Musa
AzNews.az