AFFA bu klubları cərimələdi

3 Noyabr 2015 21:31 (UTC+04:00)

Qurumdan AzNews.az-a verilən məlumata görə, Premyer Liqanın XI turunda "Sumqayıt" ilə səfərdə oyununda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub min manat məbləğində cərimələnib.

Oyun başa çatdıqdan sonra "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılması klubun iki min manat məbləğində cərimələnməsi ilə nəticələnib.

"Rəvan"–"Xəzər Lənkrəran" matçının 80-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsinə görə hər iki kluba min manat ödəməli olacaq.