20 min azərbaycanlı ABŞ vətəndaşlığı alıb

27 Oktyabr 2012 08:16 (UTC+04:00)


Son 10 ildə Amerikada səsvermə hüququ olanlar arasında ermənilərin sayı nəzərəçarpacaq dərəcədə artıb. 2001-2010 –cu illərdə ABŞ-da vətəndaşlıq almış Zaqafqaziya ölkələri vətəndaşları sıyahısına Ermənistan rəhbərlik edir.

Belə ki, bu illər ərzində Ermənistandan ABŞ-a gedənlərin sayı 19649 nəfər təşkil edib. ABŞ vətəndaşlığı alan Gürcüstan vətəndaşları 5 min, Azərbaycan vətəndaşları isə 9300 nəfər olub.

ABŞ-da yaşamaq hüququ verən "Green card" alan ermənilərin sayı isə daha da artaraq 30 minə çatıb. Bununla bağlı rekord göstərici 2006-cı ildə qeydə alınıb- 6 min nəfər.10 il ərzində 13 min gürcü, 11 min isə azərbaycanlı "Green card" alıb.

Beləliklə də 2010-cü ildə Amerikadakı erməni icması 536 min nəfər təşkil edib.

Alpər Oğuz
AzNews.az