Kikboksçumuz rəqibini 8 saniyəyə nokaut etdi - FOTO

3 Noyabr 2015 23:51 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, həmyerlimiz rəqibini 8 saniyəyə nokaut edib.

Azərbaycanlı idmançı, kikboksinq üzrə ikiqat dünya çempionu Bəxtiyar İsgəndərzadə Almaniyanın paytaxtı Berlində keçirilmiş "Battle of Berlin-6" kikboksinq üzrə turnirdə qalib gəlib.

Döyüşdən əvvəl ölkəmizin himni səsləndirilib.

63,5 çəki dərəcəsində mübarizə aparan idmançımız 8 saniyəyə rəqibi Bosniya və Hesoqovinalı Jasmin Dervisegiçi nokaut edib.

Turnirdə inamlı qələbə qazanan idmançımız kikboksinq İSKA versiyası üzrə Avropa kəmərinə sahib çıxıb.

Qeyd edək ki, kikboksinq üzrə ikiqat Dünya çempionu, üç dəfə respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.