VHP funksioneri Milli Şuradan çıxarıldı

4 Noyabr 2015 11:03 (UTC+04:00)

Məlumata görə, Milli Şuranın Koordinasiya Şurası noyabrın 1-də keçirilən parlament seçkilərində namizəd olduğu üçün Samir Əsədlinin qurumdan çıxarılması barədə qərar qəbul edib.

Məlumata görə, Milli Şura rəhbərliyi S.Əsədliyə parlament seçkilərində iştirak etməməsini tövsiyə edib. O, isə VHP-nin seçkilərdə iştirak qərarının olduğunu və seçkilərdə iştirak edəcəyini bildirib.

Samir Əsədli açıqlamasında Milli Şuradan çıxarıldığı təsdiqləsə də, bu barədə başqa heç nə deməyib.

Lent.az