Sərdar Cəlaloğlunun qalmaqallı müsahibəsinə reaksiya: “Utandım...”

4 Noyabr 2015 11:26 (UTC+04:00)

Məsələ ilə bağlı Nardaran kənd axundu Hacı Əli Nur AzNews.az-a açıqlamasında bildirib ki, bir ictimai-siyasi xadimin, partiya sədrinin bu fikri dilə gətirməsi utancvericidir: "Bu barədə yalnız savadı çatmayan adam danışa bilər. Bu, absurd fikirdir. Onu dilə gətirmək belə utancvericidir. Məhərrəmlik adət-ənənəsi, yas mərasimlərimizin kökü peyğəmbər və peyğəmbər ailəsinə, əhli-beytinə gedib çıxır. Biz də onlara əsaslanaraq bu mərasimləri keçiririk. Ayıbdır vallah".

Axund S.Cəlaloğlunun "Cənnətdəkı qadınların cinsiyyət orqanı yoxdur" fikrinə də münasibət bildirib: "Mən bu fikri eşidib daha da utandım. Amma mən bu fikri səsləndirmək məcburiyyətindəyəm. Qoy Sərdar Cəlaloğlu da daxil olmaqla din və dini mövzular barədə dindən, bu elmdən xəbəri olmayanlar danışmasın. Mən tibb elmindən anlamıram, ona görə də bu elmdən danışmıram. Din sahəsi də belədir. Xeyir ola, hər yoldan ötən gəlib fikir söyləyir. Camaatı yayındırmaqla məşğuldurlar".

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu "Modern.az" saytına müsahibə verib. O, saytın "Siyasətçi və din" rubrikasının qonağı olub və qalmaqallı fikirlər səsləndirib".

Bahar RÜSTƏMLİ
AzNews.az