Berluskoninin həbs müddəti 1 ilə endirildi

27 Oktyabr 2012 08:39 (UTC+04:00)
Fransanın "Frans Press" agentliyinin məlumatına görə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin həbs müddəti 1 ilə endirilib.

Belə ki, keçmiş baş nazirə 2006-cı ildə həbsxanaların dolmasının qarşısını almaq üçün qəbul edilmiş amnistiya qərarı şamil edilib. Qərar vaxtilə Berluskoninin bir faiz üstünlüklə qalib gəldiyi əzəli rəqibi solçu Romano Prodi hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, oktyabrın 26 da Berluskoni ona məxsus Mediaset şirkətinin maliyyə fırıldaqlarına görə, günahkar hesab edilərək, 4 il azadlıqdan məhrum edilib. Qərara əsasən ona 3 il ərzində hökumət qulluğunda çalışmaq da qadağan edilib.

Məhkəmə iddiasına görə, Berluskoniyə məxsus Mediaseaset şirkəti amerikan tv verilişləri və kinofilmlərini almaq üçün və 470 milyon xərcləyib. Əməliyyat iki ofşor şirkət vasitəsilə həyata keçirilib. Berluskoni isə müvəffəqiyyətlə məsuliyyətdən yayına bilib.

Milan məhkəməsinin hazırkı qərarından daha yüksək instansiyalara şikayət veriləcək. Qeyd edək ki, Berluskoni Mediastın vergi fırıldaqları ilə bağlı dəfələrlə məhkəmələrə cəlb edilmiş və hər dəfə də bəraət qazanmışdır.

Ülviyyə Tahirqızı
AzNews.az