Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı - 40-dan çox ölü (Yenilənib 2)

4 Noyabr 2015 13:47 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Cənubi Sedan prezidentinin nümayəndəsi Ateni Uek məlumat verib.

Onun sözlərinə görə, 2 nəfər sağ qalıb. Onlardan biri uşaq, digəri isə heyət üzvüdür.

Şahidlərin sözlərinə görə, qəza baş verən ərazidə 40-dan çox cəsəd var.


South Sudan Tribune nəşrinin məlumatına görə, təyyarənin qəzaya uğramasına səbəb təyyarədə texniki nasazlıq və ya təyyarənin həddindən artıq çox yüklənməsi ola bilər.

***
13:00

Cuba hava limanının rəhbəri bildirib ki, An-12 təyyarəsinin göyərtəsində 20-dən 40-dək insan olub. Təyyarədə olanlardan 3 nəfərin sağ qaldığı bildirilir

AzNews.az xəbər verir ki, bu barədə Eye Radio Juba məlumat verib.

Yük təyyarəsi Cuba hava limanından havaya qalxdıqdan 800 m sonra qəzaya uğrayıb.

***
12:36

Rusiyanın yük təyyarəsi Cənubi Sedanda qəzaya uğrayıb.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, təyyarə Cuba hava limanının yaxınlığında (Cənubi Sudan) qəza enişi edib.

Yerli KİV-lərin məlumatına əsasən, təyyarənin göyərtəsində RF-dan olan 5 heyət üzvü və 7 nəfər sərnişin olub. Onlardan biri uşaq olmaqla 2 nəfərin sağ qaldığı bildirilir.

Aydan Axundova