Eldar Mahmudovun atasının adına olan məktəb də söküldü

4 Noyabr 2015 15:45 (UTC+04:00)
Mətbuatın dərc etdiyi məlumatda qeyd olunurdu ki, həmin büst Eldar Mahmudov işdən azad edildikdən uçurulub.

Verilən məlumata görə, Əhməd Mahmudovun adını daşıyan lisey ləğv edilib. İndi həmin ərazidə fizika-riyaziyyat təmayüllü yeni lisey tikilir. Naxçıvandakı mənbənin sözlərinə görə, ola bilər ki, mərhum eks-nazirin atasının büst bu səbəblə götürülüb.

Qeyd edək ki, Eldar Mahmudov ölkə prezidentinin sərəncamı ilə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra isə Milli Təhlükəsizlik Nazirliyində ciddi yoxlamalar aparılıb və xeyli vəzifəli şəxs həbs olunub.

Modern.az