İlham Əliyevin Gürcüstan səfərinin proqramı açıqlandı
4 Noyabr 2015 18:07 (UTC+04:00)
Gürcüstan KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan prezidentinin gürcü həmkarı Georgi Marqvelaşvili ilə təkbətək və geniş tərkibdə görüş keçirmələri, təhlükəsizlik, siyasət, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində ikitərəfli müqavilələrin imzalanması planlaşdırılır.
Bundan başqa, İlham Əliyev Gürcüstanın baş naziri, parlament spikeri və dini lideri II İlya ilə də görüşlər keçirəcək.
Səfər çərçivəsində İlham Əliyev azərabcyanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfər edərək
Marneulidə yaşayan soydaşlarımızla görüşəcək.
Səfər proqramı noyabrın 6-da başa çatacaq.
Modern.az