Məşhur oyun proqramı satıldı - 5,4 milyarda

4 Noyabr 2015 18:47 (UTC+04:00)


"Euronews"un yaydığı məlumata görə, digital oyun proqramlarının hazırlanmasında dünyanın ən məşhurlarından olan və mərkəzi ABŞ-da yerləşən "Activision" şirkəti "Candy Crush Saga" oyununun yaradıcısı "King Digital Entertainment"dən satın alacağını açıqlayıb.

"Activison" bununla da kompyuter və mobil cihazlardakı oyun bazarının lideri olmağı hədəfləyir.

Sürətlə böyüyən bu bazarın 2015-ci ilin sonunda dünya üzrə 33 milyard avroluq böyüklüyə çatacağı proqnozlaşdırılır.

Azərtac