Bakıda tələbələr arasında dava - İraqlı suriyalını döydü

4 Noyabr 2015 18:59 (UTC+04:00)


Universitetin dördüncü kurs tələbəsi olan İraq vətəndaşı, 1992-ci il təvəllüdlü Muhammed Sıddık oğlu Kazım xuliqanlıq zəminində Suriya vətəndaşı, 1994-cü il təvəllüldlü Mahmud Xıdır oğlu əl-Həsəni döyüb.

Mahmud əl-Həsən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Report.az