46 yaşlı kişi evində ölü tapıldı

4 Noyabr 2015 19:12 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində baş verib. A.Məhərrəmovun ölməsi qonşuların polisə şikayətindən sonra məlum olub.

Polis əməkdaşları evə baxış keçirərkən Furqan Quliyevin meyitini aşkarlayıblar. Polis əməkdaşları meyitə baxış keçirərkən onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb.

Qonşular da F.Quliyevin hansı səbəbdən öldüyünün onlara məlum olmadığını bildiriblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.