İran “kömür qalmaqalı” ilə üz-üzə

27 Oktyabr 2012 09:05 (UTC+04:00)
"Reuters" agentliyinin iqtisadi sanksiyalara baxmayaraq Ukraynanın İrana kömür satması ilə bağlı məlumatı diqqəti yenidən bu ölkəyə cəlb edib.

Agentliyin məlumatına görə, əvvəllər İran kömürü Avstraliyadan alsa da, sonradan iqtisadi sanksiyalar böyük şirkətləri İranla ticarətdən çəkindirib. Bundan sonra İran xammal kimi istifadə edilən kömürü Ukraynadan almağa başlayıb.

Ukraynalı hərbi ekspert Aleksandr Manaçinskinin sözlərinə görə isə, İrana kömür ixracı ilə bağlı məlumatların yayılması Ukraynada keçiriləcək seçkilərlə bağlıdır. Hərbi ekspert belə hesab edir ki, ABŞ və Qərb Timoşenkonun azad edilməsi üçün belə siyası addımlardan istifadə edə bilərlər:

"İrana kömür satmaq qadağan edilməyib. Bu sanksiyalara daxil deyil. Yaxşı olardı ki, "Reuters " və digərləri susub otursunlar və təxribat xarakterli məlumatlar yaymaqdan özlərini saxlasınlar".

Alpər Oğuz
AzNews.az