Bacısını bıçaqladı - İki azyaşlının gözü qarşısında

4 Noyabr 2015 19:45 (UTC+04:00)

AzNews.az APA TV-yə istinadən xəbər verir ki, hadisə Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və Hakim Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Yaqut Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaşla bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.