Sərnişin avtobusu qəza törətdi - Yaralı var (Foto)

4 Noyabr 2015 21:01 (UTC+04:00)

AzNews.az Kəpəz Tv-yə istinadən xəbər verir ki, Goranboy sakini 62 yaşlı Saday Əliyev idarə etdiyi "Hundai Sonata" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən anidən qarşısına at çıxıb və sürücü idarəetməni itirib.

Bu zaman nəqliyyat vasitəsinin arxasında yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtobus onu arxadan vurub. Bakı sakini 33 yaşlı İlkin Cənnətovun idarə etdiyi avtobusa qismən ziyan dəysə də, "Hundai Sonata" tam yararsız hala düşüb.

Bundan başqa, avtomobildə olan sərnişin, 15 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik yaralının şəxsiyyəti məlum deyil.