“Qarabağ”da sürpriz oğurluq

4 Noyabr 2015 21:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Qafqazinfo"ya daxi olan məlumata görə, "Monako" ilə oyuna 1 gün qalmış klubun qonaq azarkeşlər üçün nəzərdə tutulan 110 dəvətnaməsi oğurlanıb.

Məhz bu səbəbdən də bu gün oyuna baxmaq üçün qonaqlara söz verilən dəvətnamələrin təqtimatında problemlər yaşanıb.

Qeyd edək ki, Azərbaycanın "Qarabağ" klubu "Monako"nu sabah Toqif Bəhramov stadionunda, 20:00-da qarşılayacaq. "Qarabağ" səfərdə 0:1 hesabı ilə uduzduğu görüşdən qalib ayrılmağa çalışacaq.

Məhz belə bir şəraitdə kluba azarkeşlik etmək naminə dəvətnamələri oğurlayanları bağışlamaq, hətta buna sevinmək də olar.