İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu

5 Noyabr 2015 10:46 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub.

Ə.Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub.

Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Trend.az