Bakıdakı “KFC”də yanğın - Yenilənib

5 Noyabr 2015 13:23 (UTC+04:00)

Məlumata görə, binada hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 maşını və şəxsi heyəti gəlib.

Yanğınsöndürənlər tüstülənmənin yanğına çevrilməsinin qarşısını alıblar.

Tüstülənmənin nədən baş verdiyi araşdırılır.

***
12:46

Bakıda "KFC" kafesində yanğın baş verib.

Məlumata görə, metronun 28 May stansiyasının yaxınlığında yerləşən kafedə qəflətən yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

APA.az