XİN-də vacib təyinat - Arif Məmmədovun yerinə Akşin Mehdiyev

5 Noyabr 2015 13:52 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, ötən gün İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.

Səfir Akşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

Qeyd edək ki, A.Məmmədov bu ilin iyun ayında tutduğu vəzifədən azad edilib. Onun adı may ayının 19-da Binəqədi rayonunda çoxmərtəbəli binanın baş verməsi zamanı "Facebook"da xoşagəlməz statuslar yazması məsələsində hallanırdı.