Suriyada “atəşkəs” 146 can aldı

27 Oktyabr 2012 09:50 (UTC+04:00)
Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan edilsə də, müxalifətlə Əsəd qüvvələri arasında atışmalar davam edib.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, atəşkəsin birinci günü baş vermiş partlayış və silahlı qarşıdurma nəticəsində 146 nəfər həlak olub. Onlardan 53-nün mülki şəxs, 50-nin isə silahlı müxalif olduğu bildirilir.


Sadiq Musa
AzNews.az