Bakının mərkəzində motosikletlərə qoyulan qadağa götürüldü

5 Noyabr 2015 20:20 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, yol polisinin nəzarəti ilə quraşdırılan nişanların yığışdırılmasına başlanılıb və məhdudiyyət tamamilə aradan qaldırılıb.

Bildirilir ki, motosikletlərin hərəkətinin məhdudlaşdırılması qərarı bu nəqliyyat vasitələrinin motorlarının çıxardığı güclü səsə görə verilmişdi.

Qeyd edək ki, Azərbaycanda ümumi istifadədə olan yollarda motosikletlərin hərəkətinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb. Lakin yaxın gələcəkdə bunun qanuniləşdirilməsi mümkündür.