İDEAL-dan saxta ətirlər iddiasına rəsmi - Münasibət

5 Noyabr 2015 21:02 (UTC+04:00)

AzNews.az mağazalar şəbəkəsindən "Qafqazinfo"ya daxil olan rəsmi açıqlamanı olduğu kimi təqdim edir:

"Mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb, hazırda 12 mağazası və 5100 kvadrat metrdən çox ümumi sahəsi ilə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir. Mağazalarımizda müştərilərə dünyanın 140 –dan cox məşhur və eksklyuziv brendlərinə məxsus parfum, dekorativ kosmetika və dəri üçün qulluq vasitələri təqdim edilir.

Bildiririk ki, məqalədə yazılanlar tamamilə əsassız, qərəzli hazırlanmş məlumatlardır.

Şəbəkəmizdə təqdim olunmuş məhsulların hər biri Azerbaycan Respublikası Səhiyyə Nazirliyi və Azerbaycan Respublikası Standartlasdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş gigiyenik ve uyğunluq sertifikatlarına malikdir.

Gələn həftə İDEAL şirkəti olaraq jurnalistlər üçün mətbuat konfransı təşkil ediləcək, bütün jurnalistləri tədbirə dəvət edirik. Tədbirin yeri ve dəqiq vaxtı haqqında əlavə məlumat veriləcək".