Uruqvay qondarma “DQR”i tanıyacaq - İDDİA

27 Oktyabr 2012 10:01 (UTC+04:00)
"Avstraliyanın Cənubi Uelis ştatının qondarma "DQR"i tanıması barədə xəbərlərdən sonra Uruqvayın da belə bir bəyanatla çıxış edəcəyi gözlənilir." Belə bir iddianı ilə Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yayıb.

Qəzetin qazdığına görə, noyabrın sonunadək Uruqvay "Qarabağın müstəqilliyinin tanınması" ilə bağlı qərar qəbul edəcək: "Noyabrın sonunda Uruqvay parlamentinin sədri Ermənistana rəsmi səfərə gələcək, həmçinin, bu səfər çərçivəsində Qarabağa səfər də nəzərdə tutulur".

Qəzet onu da iddia edib ki, Uruqvay bu qərarı çoxdan qəbul etməyə hazır olsa da, Rusiya və ABŞ buna mane olub.

Qeyd edək ki, Uruqvay qondarma "erməni soyqırımı"nı tanıyan ilk ölkə olub.

Elnarə Əlosmanqızı
AzNews.az