Bakıda etiraz aksiyası - Tutulanlar var (FOTO, VİDEO)

5 Noyabr 2015 23:50 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Müsəlman birliyi hərəkatı"nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılması dindarların etirazına səbəb olub.

Etirazçılar Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsindəki bölməsinin qarşısına yığışıblar.

Hazırda dindarlar polis bölməsinin binasını əhatə alıblar və onlar Qasımlının azad olunmasını tələb edirlər. Belə ki, Elçin Qasımlı bu gün məsciddə namaz qılıb. Daha sonra isə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Dindarlarla polislər arasında toqquşma olub.

Əlavə məlumat veriləcək...


Fotolar haqqın.az-a məxsusdur.