Pikassonun əsəri 67 milyon dollara satıldı

6 Noyabr 2015 09:34 (UTC+04:00)

TASS agentliyi xəbər verir ki, ispaniyalı rəssam "Müğənni Kabare" (La Gommeuse) adlı əsərini 1901-ci ildə 19 yaşında çəkib. Qadın əks olunan portretin ilkin qiyməti 60 milyon dollar olub.

Hərracda Niderland rəssamı Vinsent van Qoqun rəsmi isə 54 milyon dollara satılıb. "Yağış buludları ilə peyzaj" adlı əsərdə Fransanın cənub-şərqində təbiət mənzərəsi əks olunub. Bu rəsmi o, 1888-ci ildə çəkib.

AZƏRTAC.az