Bakıda ağır tonnajlı yük maşını qəza törətdi - Fotolar

6 Noyabr 2015 10:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, hadisə Zığ şossesində baş verib. Ağır tonnajlı yük maşını yol qırağındakı divara çırpılıb. İlkin ehtimala görə, maşın yüksək sürətlə hərəkət etdiyindən qarşısındakı yük maşınına çırpılmamaq üçün nəqliyyat vasitəsini sağa çəkib və dəmir arakəsmələri dağıdaraq divara dəyib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: