ANS Xalq artistindən üzr istədi

27 Oktyabr 2012 17:22 (UTC+04:00)
ANS-lə Xalq artisti, Prezident təqaüdçüsü, müğənni Nisə Qasımova arasında gərginliyə son qoyuldu. Telekanal bu gün canlı efir vasitəsilə müğənnidən üzr istəyib.

Xatırladaq ki, adıçəkilən telekanalda yayımlanan "Şoumən" verilişində onun qardaşı oğlu, övladlığa götürdüyü Fətullah Qasımovun haqqında təhqiramiz ifadələr işlədilib. Verilişin aparıcısı onun cinsi azlıqların nümayəndəsi olduğu iddia edib.

Bundan qəzəblənən müğənni, ANS-dən tez bir zamanda üzr istəməyi tələb etmişdi.
Nisə xanım əks təqdirdə məhkəməyə üz tutacağını bildirmişdi.

Mahir Hüseynbəyli
AzNews.az