Maliyyə hesabatlarının təqdim olunması üçün – Son gün

6 Noyabr 2015 14:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatı səsvermə günündən sonra 5 gün müddətində dairə seçki komissiyalarına təqdim etməlidir. Bu müddət noyabrın 7-dək olan dövrü əhatə edir. Dairə seçki komissiyaları isə dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə maliyyə hesabatlarını noyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Sevinc Yasinqızı