“Televiziyalarda peşəkarlıq çatışmır” – Fazil Mustafa

6 Noyabr 2015 14:34 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bununla yanaşı televiziyalarda peşəkarlıq problemi mövcuddur: "Onlara sırf kommersiya quruluşları kimi yanaşmaq doğru deyil. Çünki cəmiyyətin hər bir fərdinə əlçatan olduqlarına görə, insanlara buradan nəyin, hansı dəyərlərin təbliğ olunması xüsusi əhəmiyyət daşıyır. Bütün hallarda peşəkarlıq səviyyəsini qaldırmaq üçün daha məqsədyönlü siyasət izlənməlidi".

F.Mustafa qeyd edib ki, bayağılığın teleməkandan silinməsi üçün sağlam rəqabət mühitinin olması kifayət edər: "Bu isə bizdə olmadığından, belə bir tələbi səsləndirməyin də mənası qalmır".

Bahar RÜSTƏMLİ
AzNews.az