Səlim Müslümov 19 nəfəri işdən çıxardı

6 Noyabr 2015 15:06 (UTC+04:00)

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edir: "Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu yaşa çatan işçinin həmin müəssisədə çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər. Lakin bu, müəyyən hallar istisna olmaqla, 5 ildən çox davam edə bilməz.

2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatan 19 əməkdaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki vəzifələrindən azad olunublar. Bütün əməkdaşlar, o cümlədən işdən çıxarılanlar qanunvericiliyin tələblərini yaxşı bildiklərinə görə işdən azad olunmalarını normal və sakit qarşılayıblar".

Report.az