Nazirlikdən xəbərdarlıq – Hava kəskin soyuyacaq, qar yağacaq

6 Noyabr 2015 15:10 (UTC+04:00)

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.