Prezidentin Gürcüstan baş naziri ilə geniş tərkibli görüşü keçirildi

6 Noyabr 2015 17:07 (UTC+04:00)

Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi geniş tərkibli görüşdə deyib.

Görüşdə qeyd olunub ki, Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. Müzakirələr zamanı qeyd edilib ki, 2012-2015-ci illər ərzində Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 3,7 dəfə artıb.

Görüş zamanı həmçinin nəqliyyat və enerji sahəsində Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi layihələr müzakirə edilib. Cənubi Qafqaz boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolunun inşası layihəsinin fikirlər səsləndirilib, habelə "SOCAR Energy Georgia" şirkətinin Gürcüstanda enerji resursları bazarında uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

Görüş zamanı həmçinin iki ölkənin strateji əməkdaşlığının dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

APA.az