Qaz olmayacaq

6 Noyabr 2015 18:19 (UTC+04:00)


AzNews.az xəbər verir ki, noyabrın 10-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zabrat-1``, "Zirə-3`` və "Yeni Zabrat" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat-1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.