MTN-in daha üç əməkdaşı həbs olundu

6 Noyabr 2015 21:26 (UTC+04:00)

AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, həbs olunanlardan biri Mehman Abdullayevdir.

MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.

Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.