Gəncədə yol qəzası - İki yaralı

6 Noyabr 2015 22:57 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində, Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. "BMW" markalı nəqliyyat vasitəsi "VAZ 21012" markalı avtomobilə çırpılıb.

Hadisə zamanı VAZ 21012 markalı maşına əyləşmək istəyən iki nəfər - Daşkəsən rayonunun Bayan kənd sakini, 29 yaşlı Anar Bağırov və Gəncə şəhəri Səməd Vurğun küçəsi mənzil 2-də yaşayan Elvin Bağırov xəsarət alıb.
Hər iki yaralı Gəncə şəhər TTYX-a çatdırılıb.

Onlara sifətin çapılmış və sıyrılmış yarası diaqnozu qoyulub. Fakt araşdırılır.