21 yaşlı gənc bıçaqlandı

6 Noyabr 2015 23:05 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, insident Salyan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Taleh Davudzadə küçəsi, ev 156 ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Pirverdi Əlikərim oğlu Məhərrəmov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən sol qabırğasının kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirverdi Məhərrəmov dərhal Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.