Kral Salman “Mardan Palace”ı bağlatdırdı - 18 milyona

7 Noyabr 2015 11:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, azərbaycanlı iş adamının oteli kral üçün 18 gün müddətinə bağladılacaq. 1000 nəfərlik heyəti oteldə qalacaq kral 18 milyon dollar ödəyəcək.

G-20 zirvəsi çərçivəsində dünya liderlərinində gələcəyi Antalyaya Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz zirvədən bir neçə gün əvvəl otelə gələcək. Zirvə bitdikdən sonra isə ölkəsinə dönəcək. Bu səbəbdən "Mardan Palace" 18 gün ərzində digər müştərilərə bağlanılacaq və yalnız Səudiyyə Ərəbistanı kralı Salman və onu müşayiət edən heyət üçün xidmət göstərəcək.

Kraldan daha öncə otelə gələcək Səudiyyə Ərəbistanının təhlükəsizlik işçiləri oteldə müəyyən yoxlamalar aparacaq. Həmçinin kral üçün xüsusi aşbaz və kral dairələrinin xidmətlərini yaxşı görməsi üçün xidmətçilər öyrədiləcək.

Qeyd edək ki, azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olan otel bir neçə gün öncə satılıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır.

"Mardan Palace" dünyanın ən dəbdəbəli otellərindən biri hesab edilir. Otel uzun müddət idiki maliyyə problemləri ilə üz-üzə idi.

Sevinc