3 məntəqə nəticəsi ləğv olundu

7 Noyabr 2015 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, həmin dairədən "Qafqazinfo"ya daxil olan məlumata görə, dairənin 5, 10 və 11-ci məntəqələrinin nəticələri ləğv olunub. Bu nəticələrin sırıflanmasının sözügedən məntəqədəki seçkinin ümumi nəticələrinə təsir edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.

Xatırladaq ki, MSK tərəfindən 35 saylı dairədə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunsa da, digər iddiaçı Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrdən narazı qaldığını bildirmişdi.

MSK isə öz növbəsində İqbal Ağazadənin etirazına əsasən bu şikayətin DSK-da baxılmasını tövsiyə etmişdi.