Binəqədi sakinini döyüb, evini sökdülər - Fotolar

7 Noyabr 2015 16:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məsələ ilə bağlı həmin şəxsin ailəsi "Qafqazifo"ya müraciət edib.

İcra Hakimiyyətinin rəsmiləri sözügedən evin sənədsiz olduğunu və tikintinin qanunsuz aparıldığını əsas gətirərək söküntü aparıldığını qeyd edirlər.

Ruslan Nəcəfov isə bu arqumentlərlə razılaşmır. Evin sahibi iddia edir ki, polislər ona qarşı zor tətbiq edərək evini məcburi şəkildə və qanunsuz söküblər:

"Məndən 5 min manat pul istədilər. Bu pulu verə bilmədiyimə görə ətrafda olan digər evləri yox, məhz mənim evimi sökdülər. Anama, burda olan digər qadınlara da xəsarət yetiriblər".