Gəncədə iki avtomobil toqquşdu - İki yaralı

7 Noyabr 2015 18:49 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin yeni Gəncə qəsəbəsində "Hyundai" markalı avtomobillə "VAZ - 2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ" da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.