Qazaxda 6 otaqlı evdə yanğın
7 Noyabr 2015 20:29 (UTC+04:00)
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağında döşəmə 5 kv.m sahədə və kompüter yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.