Avtomobil piyadanı vuraraq öldürdü - Şəkidə

7 Noyabr 2015 21:20 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saat 18:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 41-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Azər Mirzahir oğlu Məmmədov idarə etdiyi "VAZ 2101" markalı 45 BC 961 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Şəki rayonu Cəfərabad kənd sakini, 1992-ci il təvəllüdlü Şahmar Şəhriyar oğlu Mehdiyevi vurub. 23 yaşlı Şahmar Mehdiyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.