Maşın elektrik dirəyinə çırpıldı - Sürücü yaralandı (Foto)

7 Noyabr 2015 22:43 (UTC+04:00)

AzNews.az anspress-ə istinadən xəbər verir ki, 20 yaşlı kənd sakini Cəmaləddin Heydərovun idarə etdiyi avtomobili elektrik dirəyinə çırpılıb. Nəticədə, sürücü xəsarət alıb.

Ağdam MRX-da ilkin yardım göstərildikdən sonra yaralı Bərdəyə gətirilib. Bərdə MRX-dan əldə etdiyimiz məlumata görə zərbə nətcəsində qapalı kəllə beyin travması alan Cəmaləddin Heydərovun vəziyyəti orta ağırdır.

Qapalı kəllə beyin travması alan yaralının vəziyyəti orta ağır qiymətləndirilir

Xəstənin müalicəsi həkim-nevropotoloqun nəzarəti altında davam etdirilir. Hadisəylə bağlı araşdırma aparılır. Hadisənin dəqiq baş vermə səbəbi də araşdrımalardan sonra məlum olacaq.