Zəvvarları daşıyan avtobus partladıldı: 5 ölü

28 Oktyabr 2012 10:23 (UTC+04:00)
İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb. APA-nın verdiyi məlumata görə, hadisə paytaxt Bağdad şəhərindən 20 kilometr şimalda, "əl-Taci" bölgəsində baş verib.

Uzaqdan idarə olunan bomba əvvəlcədən avtobusa yerləşdirilib. Bombanın partlaması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri isə bildirib ki, zəvvarlar İranın Kaşan şəhərindən İraqın Samirə şəhərinə səfər edirmişlər: "Həmin avtobus İran Həcc və Ziyarət Təşkilatının icazəsi olmadan İraqa gedib".

AzNews.az